“Bizdə monopoliya heç bir iqtisdi qanunauyğunluğun…”backend

“Bizdə monopoliya heç bir iqtisdi qanunauyğunluğun…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi məsələsini Milli Məclisdə və mətbuatda daha çox qaldıran deputat kimi Novruz bayramında “qiymətlərin ceyran belinə qalxmasını” necə qiymətləndirirsiniz?

-Əksər ölkələrdə bayramqabağı qiymətlər endirilir ki, hamı bayram keçirə,bayram süfrəsi aça bilsin.Təəsüf ki,həmişə olduğu kimi, bu il də Novruz bayramı ilə əlaqədar olaraq əhalinin daha çox işlətdiyi malların qiymtləri artdı. Qiymət artımınının təbii və süni tərəfləri var.Təbii qiymət artımı məhsulun istehsalına, daşınmasına, saxlanmasına və sairə çəkilən xərclərdəki artım və tələbin təklifi üstələməsi ilə əlaqədar olur.Son illər ölkə iqtisadiyyatında gedən proseslər və xaricdən gətirilən mallar dollarla,avro ilə alındığından,manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi də qiymət artımına təsir edir.Qiymətləri dolların bahalaşmasına görə qaldırdıqlarını deyənlər,həm də dolların 1 faiz bahalaşması müqabilində qiyməti 2-3 faiz artıranlar,son iki ayda manatın dollara nisbətdə məzənnəsində nisbi sabitlik və hətta bir qədər azalma olmasına baxmayaraq,yenə də qiymətləri artmaqda davam edirlər.Amma dünyanın heç bir ölkəsində qiymtlər hər gün, hər həftə milli valyutanın devalvasiya faizi səviyyəsnədə qaldırılmr.Çünki malın alış qiymıti var, tədiyyə qabiliyyətli tələb məsələsi var və malı sata billmək üçün bunu nəzərə almaq lazım gəlir.

Azərbaycanda qiymət artımının süni tərəfi təbii tərəfindən artıq olduğundan bu,əhalinin haqlı narazılığına səbəb olur.Xaricdən 1 manata alıdıqları şeyi 2-4 manata və daha baha satmaqları bir yana,üstəlik dolları bəhanə gətirib hər gün onsuz da 3-4 dəfə yüksəldilmiş qiymti artırmaqda davam edirlər. Süni qiymət artımının hər faizi Azərbaycan ailələrinin büdəcəsinə ildə 300 milyon manatdan artıq ziyan vurur.Süni qiymt artımı 1 faizlə məhdudlaşmadığından, bunun hesabına əhali hər il milyard manatlarla pul itirir. Təəəsüf ki, ölkədə buna qarşı etibarlı mübarizə müxanizmi yaradılmayıb və nəticədə uzun illərdir ki,əhali süni qiymət artımı ucbatndan milyard manatlarla ölçülə bilən gəlirlərini itirməkdə davam edirlər.

-Novruz bayramında kənd təsərrüfatı naziri bildidi ki, bizdə kənd təsərrüfatı məhsullarının qiymıətlərində artım nəzərəçarpan dərəcədə deyil.

-Dövlət məmurnun belə deməsində qeyri-adı bir şey yox….Bunu təkcə kənd təsrrüfatı naziri demir ki, çoxu belə deyir.Kənd təsərrüfatı məhsullarının qiyməti barədə yarmarkalarda bir neçə saatlıq mövcud olub sonra artan qiymtlərə görə yox,dükan-bazarlardakı qiymətlərə görə mülahisə yürüdülsə, mənzərə tam aydın görünər.Adətən kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı mövsüm dəyişərkən bir qədər dəyişikliklər olur, amma Azərbaycan bazarlarında dəyişən qiymətlərə təbii amillərdən çox, süni surətdə qiymətartırma siyasəti daha çox təsir edir.

Azərbaycanda ötən il inflyasiya 12 faizdən yükəsk olub.Ərzaq inflyasiyası rəsmən 15 faiz ətrafında göstərilsə də,əslində əhalinin daha çox işlətdiyi məhsullarn qiymətindəki artım çox yüksəkdir. Ərzağın da çoxu kənd təsərrüfatı məhsulları mənşəlidir. Bizə bu barədə material vermişdilər,həmin məlumatlar əsasında özüm gedib dükan-bazarda dəqiqləşdirmə aparıb, həqiqət olduğuna bir daha əmin olduqdan sonra Milli Məclisdə süni qiymət artımı ilə bağlı mübarizənin gücləndirilmısinə dair çıxış elədim. Əksər məhsulların qiyməti artıb. Azərbaycanda ərzaq məhsullarını xeyli hissəsinin qiymtləri bizdən daha yükəsk əmək haqqısı olan ölkələrdəkindən yuxarıdır. Ən əcaibi isə budur ki, Azərbaycanın elə kənd təsərrüfatı məhsulları var ki,ölkə daxilində onlara qoyulan qiymətlər həmin məhsulun xarici ölkədə satılan qiymtindən xeyli bahadır.Çünki Azəbaycan bazarında qiymət xaosu baş alıb gedir.Həm də ölkəmiz keyfiyytsiz və insan orqanizmi üçün ziyanlı məhsulların satış poliqonuna çevrilib.

-Kənd təsərrüfatı nazirinin ətin qiymətini qaldırılması ilə bağlı məsələyə münasibət bildirəndə deyib ki, devalvasiyaya qədər ət 7-8 manata satılırdı, indi 10-12 manata satılır. Dollar ifadəsinə qiymət aşağı enib. Ət satan adam xaricdən gətirilən televizor, soyuducu və sair alanda həmin mallar dollarla hesablanıb qiymətləri qaldırıldığından ət satan da onu almaq üçün qiyməti qaldırmalıdır. Sizin bu məsələyə münasibtinizi bilmək maraqlı olardı…

– Kənd təsərrüfatı nazirinin ət satan adamların soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların aldığından xərcinin çoxalması ilə əlaqədar olaraq qiyməti qaldırması məsələsi mənə bir məqamı xatırlaqdı:Bir dəfə bir musiqiçı dostumla bir müğınninin telefon söhbətinin şahidi oldum. Müğənni bazardan gilası əvvəlki qiymətindən 2 dəfə baha aldığından hirslınib, növbəti toyun qiymıtini də 2 dəfə qaldırmağı təklif edirdi.Təəsvvür edin ki, kilosu 1 manata satılan gilasın qiymıti 2 dəfə artanda 2 manat, toya gedən qrup qiymıti 2 dəfə artıranda isə məsələn, 10 min manat 20 min manata çevrilir.Əgər həmin musiqi qrupunu toya dəvət edən məsələn, mebel mağazasının müdiridirsə,onda qiymıtin 2 dəfə artırılması nəticəsində ödədiyi əlavə 10 min manatın müqabilində mağazasındakı mebellərin üstünə həm də 10 min manat yox,20 min manat qoyacaq ki, toyçular ondan 2 dəfə artıq pul alıblar. Bax,bizdə tələb-təkif, qiymətqoymada tədiyyə qabiliyytli tələbin nəzərə alınması və sair kimi zəruri amilləri kənara qoyuldiuğundan,qiymətlər bu misaldakına bənzər xaotik formalarda formalaşır.

Əvvəlcə onu deyim ki, belə yanaşma üsulu qüsurludur.Ətin qiyməti enməyib, əhəmiyyətli dərəcədə artıb.Araşdırmaq lazımdır ki,ətin qiymıti niyə belə sürətlə artmağa başlayıb.Ölkədə olan və ölkəyə gətirilən damazlıq heyvanlardan istifadənin səmərəllik dərəcəsi aşağıdır.Heyvanların kəsilib satılması sürəti də artıb deyə heyvan azalır və bu da qiymətə təsir edir.Yüksk qiymət şəraitində kəsilən heyvanların xeyli hissəsnin əti əvvəlki vaxtlarda olduğu kimi elə həmin gün satılmır.Əvvəllər həftədə 3 heyvan kəsib satan qassab indi iki heyvanın ətini həmin sata bilir.Ona görə də qassablar həmin nisbətdə gəlir itirirlər.Mağalarda işləyənlərin gəliri də həmin nisbətdə azalıb.

İkincisi, ətin qiymətini qaldıran həmin əti əhalyə satanlar deyil…. əti satan onun hər kolosundan cəmi 50-70 qəpik pul qazanır.Mağazada işləyənlər də onlara diqtə onunan qiymətin üstünə aşağı-yuxarı 10 faiz ətrafında əlavə qour. Ətin qiymətini qaldıran isə görünmür. Qiymət artımını 60 faizdən çoxundan həmin görünməyənlər faydalanır.

Deyilir ki, ətin qiyəməti qalxıb və onu satan televizor, soyuducu almalıdır deyə buna haqq qazandırılır. Sonra deyilir ki, soğan və kartofun qiyməti enir… Belə çıxır ki, soğanın qiyməti aşağı düşdüyündən, kartof və soğan satanların televizor və soyuducudan istifadə etməsi zəruri deyil…

Elə məhsullar var ki, başqa malların qiymətlərinə, məsələn, enerji daşıyıcılar kimi, birbaşa və ya məsələn,bəzi ölkələrdə arağın və kolbasanın qiymti təsir edir.Bizdə isə çörəyin qiyməti dolayı, psixoloji təsir edir, Bu baxımdan Azərbaycanda çorək və ətin qiymıti, xüsusən rayon yerlərində başqa məhsulların da qiymətlərinə təsir edən mallardır.Ona görə də ətin qiymətinin süni surətdə artmasına,xüsusən də aylarla dilinə ət dəyməyən ailələrin olması baxımından, o cür yanaşma qüsurludur.

Əvvəla, nəzərə almalıdır ki, məsələyə bir tərəfli yox, kompleks yanşsaq,belə hesablamalar heç də ətin qiymətinin devalvasiyadan sonra 25 faiz aşağı düşdüyünə yox, azı 1,5 dəfə artdığına dəlalət edir.

İkincisi,əgər hesablamada dollara keçilirsə,bu yarımçıq yox,tam olmalıdır.Yəni hesablama zamanı əhalinin devalvasiyaya qədərki adambaşına düşən orta aylıq gəlirini və əmək haqqını da nəzərə almaq lazımdır.

Həm manat, həm də dollar hesabı ilə orta statistik azərbaycanlı devalvasiyaya qədər öz orta gəliri hesabına bir qədər aşağı-yuxarı 44-50 kilo,orta əmək haqqı hesabına isə 56-64 kilo ət ala bilərdisə,indi orta gəliri hesabına 32 kq(12-18 kilo az), orta əmək haqqı hesabına isə 42(14-22 kq az) kilo ət ala bilər.

Bəli, əvvəla,devalvasiyadan sonra ətin qiyməti enməyib, azı 1,5 dəfə artıb. İkincisi, devalvasiyadan sonra orta statistik azərbaycanlı öz gəliri və ya əmək haqqı hesabına daha az ət ala bilir.

Xalqla danışanda haqq-hesabı düzgün aparmaq lazımdır. Dünyanın heç bir ölkəsində qiymtləri milli valyutanın devalvasiya faizi səviyyəsində qaldırmırlar.Çünki azad rəqabət şəraitində tədiyyə qabiliyyətli tələb prinsipi(yəni qiymətlər əhalinin əksər hissəsninin alıcılıq qabiliyyətinə uyğun olmalıdır ki, mallar satıla bilsin) yaxşı işlədiyindən, qiyməti süni surətdə qaldıranlar ya operativ olaraq endirmə zorunda qalırlar, ya da ki, rəqabəti uduzaraq bankrot olub sıradan çıxırlar.Bizdə isə monopoliya heç bir iqtisdi qanunauyğunluğun işləməsinə imkan vermir.

– Süni qiymət artımının qarşısın alınması üçün nə etməli?

-Süni qiymət artımının qarşısnın alınması- aidiyyatı orqanların bilavasitə vəzifəsidir.Amma bir sıra obyektiv və subyektiv səbəblərdən süni qiymt artımna qarşı mübarizənin səmərəlilik dərəcəsi çox aşağıdır. Süni qiymət artımının qarşısnın alınmasının etibarlı yolu idxal etdiyimiz məhsulların mümkün hissəssinin istehsalını, yüksək məhsudarlığa və keyfiyyətə nail olmaq şərtilə Azərbaycanda təşkil etmək lazımdır. Ölkədə məhsul ishehsalı artımına yüksək səviyyədə nail olmaqdan ötrü sahibkarlıq qarşısında duran bütün maneələr sonacan aradan qaldırılmalıdır. Sahibkar məlum dövlət strukturları tərəfindən müxtəlif bəhanələrlə soyulanda, o, həmin korrupsionerlərə verdiyi pulu istehsal etdiyi və ya xaricdən gətirdiyi malın qiymətinin üstünə qoyur. Deməli son haqq-hesabda korrupsionerin pulunu da onsuz da aşağı gəliri və maaşı olan əhali təbəqəsi ödəməli olur.

Xüsusən də regionlarda birmənalı şəkildə biznes mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Ölkədə biznes azad sahibkarlıq, azad rəqabət, ədalətli sərbəst qiymətlər kimi fundamental prinsiplərə əməl etməklə inkişaf etdirilmlidir. Qanunla qadağa olunmayan fəaliyyətə yaşıl işıq yandırılmalıdır. Hökumət sahibkarlara kömək edə bilmirsə, heç olmasa onun məlum strukturları sahibkarlara mane olmamalı, onları müxtəlif bəhanələrlə soymamalı, yersiz müdaxilələr yığışdırılmalıdır.

-Bəs heç olmasa bundan sonra bayramqabağı qiymət artımını səngitmk üçün nə etmək olar?

Bayramqabağı qiymət artımından yox, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qiyməti endirib, satişin həcmini artirmaqla dövriyyədən daha çox qazanmaq yoluna keçilməsinə dair iş adamlarına çağırışlar edilməlidir.Eyni zamanda kütləvi informasiya vasitələrində bunu əyani sübut edən roliklərdən geniş şəkildə istifadə edilməlidir. Məsələn kimsə bir məhsuldn 1 ton satıb min manat qazınırdısa, qiyməti artıranda alıcılarının bir hissəsni itirib 700 kq satıb 800 manat qazanacaq və nəticədə 200 manat itirəcək.Qiyməti aşağı salsa isə 1,3 ton satıb dövriyyədən daha çox qazana bilər.Televiziya kanallarında, internet üzərindən və digər kütləvi informasiya vasitələrində sahibkarlara istehlakçıların qanunla müəyyən olunmuş hüquqlarının xatırladılmasına dair sosial reklamlarin intensiv şəkildə verilməsi təmin olunmalıdır. Vətəndaşların aldadılmasına yönələn saxta reklamlar və saxta endirimlərə qarşı isə mübarizənin gücləndirilməsi və real endirimlərin təşviq olunması lazımdır. Süni qiymət artımı ilə yanaşı bayramqabağı keyfiyyətsiz və insan orqanızmı üçün təhlükəli malların satışa çıxarılmasının qarşısını almaqdan ötrü intensiv monitoriqlərin keçirilməsi də zəruridir. Hesab edirik ki, həmin hallara qarşı cəza tədbirlərinin geniş şəkildə ictimailəşdirilməsi də lazımdır.

İnterpress.az