Serj Sərkisyanın əsas rəqiblərindən biri ABŞ-dan qayıtdıbackend

Serj Sərkisyanın əsas rəqiblərindən biri ABŞ-dan qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, bir müddətdir ABŞ-da səfərdə olan blokun həmtəsisçilərindən biri “İrs” Partiyasının sədri Raffi Ovannisyan 20 martda Araqatsotnski vilayətinin Aparan şəhərində keçirilən təbliğat kampaniyasına qatılıb.

“İrs” liderinin ABŞ səfərindən hansı nəticə ilə geri qayıtdığı hələlik bəlli olmasa da, onun müəyyən dairələr, o cümlədən erməni diasporundan dəstək üçün okeanın o tayına səfər etdiyi şübhə doğurmur.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya, 4 seçki bloku qatılacaq. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar bunlardır: hakim Respublikaçılar Partiyası, “Daşnaksütyun” erməni inqilabi federasiyası, “Azad demokratlar”, “Erməni dirçəlişi” və Ermənistan Kommunist partiyaları. Hakim Respublikaçılar Partiyasının siyahısında birinci sırada müdafiə naziri Vigen Sarkisyan gəlir. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən bloklar isə bunlardır: ““Çıxış Yolu” bloku (təsisçi – “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyandır), “Tsarukyan” bloku (“Çiçəklənən Ermənistan” partiyasının sədri Gagik Tsarukyan) “Оhаnyan-Raffi-Oskanyan” bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və “İrs” Partiyasının lidei Raffi Ovanisyan) və “Erməni Milli Konqresi”-Ermənistan Xalq Partiyasının bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır). Hakim Respublikaçılar Partiyasının çox ciddi rəqiblərlə üz-üzə qalması apreldə Sərksiyan rejiminə son verilə biləcəyi ehtimalını da ciddiləşdirir.Ancaq rəqiblər yoxsul əhalinin pulla ələ alına biləcəyi və seçkilərin kütləvi şəkildə saxtalaşdırılacağından ehtiyatlanır. (musavat)

İnterpress.az