Ucar rayonunda canavarlar mal-qaraya hücum edibbackend

Ucar rayonunda canavarlar mal-qaraya hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Lək kənd ərazisində yerləşən otlaq sahəsində baş verib.

Kənd sakini Mahmud Səlimovun fərdi təsərrüfatındakı iri buynuzlu heyvana gündüz saatlarında hücum edən canavar bir baş inəyi parçalayaraq tələf edib. Hadisədən bir gün əvvəl isə kəndin digər sakini Arif Qənbərovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən vəhşi heyvanlar bir baş inəyini və qonşunun iki baş xırda buynuzlu heyvanını yaralayıblar.

Sakinlər analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

İnterpress.az