Bankomatlarda pulu olanların nəzərinəbackend

Bankomatlarda pulu olanların nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bankomatlara hücum edən yeni növ virus meydana çıxıb.
İnterpress.az-ın məlumatına görə, ötən həftə Rusiyanın Maliyyə-kredit sahəsində kompüter hücumlarının monitorinqi mərkəzinin yaydığı hesabatda yeni tipli haker hücumlarından bəhs olunur. Virus bank müştərilərinin bankomatdakı vəsaitlərini oğurlamağa hədəflənib. Belə ki, müəyyən kodu daxil etdikdən sonra bankomat bütün iri məbləğli əskinasları verir. Virus hansısa fayl vasitəsilə yüklənmədiyi üçün antiviruslar onu tanıya bilmirlər. Virus bankomatın operativ yaddaşında istənilən müddətə qala bilər. Rusiyada belə fırıldaq sxeminə ilk dəfə rast gəlinir, digər ölkələrdə belə hallar bir müddətdir ki, mövcuddur.
Məlumatda bildirilir ki, iri bankomat istehsalçısı olan NCR-in qurğuları virusa yoluxub. Bu isə o deməkdir ki, istənilən bankın bankomatları bu təhlükə ilə üzləşə bilər. Hələlik virusla mübarizənin sadə və effektiv yolu tapılmayıb. Mənbə bildiri ki, virus yenidən yüklənmə zamanı operativ yaddaşdan silinir, lakin yenidən yüklənmə bankomatlar üçün zərərlidir və çox vaxt aparır. Yəni, bu prosesi müştəriləri narahat etmədən həyata keçirmək mümkün deyil.

İnterpress.az