Gözaltı torbacıqlardan qurtulunbackend

Gözaltı torbacıqlardan qurtulun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk olaraq qidamıza fikir verməliyik: Axşam yeməklərinizdə, xüsusən tərəvəzlərdə duzdan az istifadə etməyə çalışın. Axşam vaxtı orqanizm daha yavaş həzm edir, ona görə də çalışın yüngül axşam yeməyi tərcih edin və duzdan az istifadə edin.

Doğru mövqedə yatın: başınızı hər zaman yuxarıda saxlayın. Yaxşı qan dövranı bədən üçün çox əhəmiyyətlidir. Bu mövqedə yatmaq qan dövranını normallaşdırır.

Səhərlər üzünüzü soyuq su ilə yuyun: Yaxşı yatmamısınızsa, səhərlər halsızlıq əlaməti ətrafdakılar tərəfindən də hiss edilə bilir. Üzünüzü soyuq su ilə yusanız bu əlamətlər dərhal ortadan qalxacaq, həm də heç bir şey istifadə etmədən üzü su ilə yumaq dərinizi nəmləndirəcək.

Gözlərinizə çobanyastığı suyu tətbiq edin: Çobanyastığı antibiyotiktir, təmizləyicidir. Bir çox maskalarda da istifadə edilən çobanyastığı göz altı torbalarından qurtulmaq üçün birə-birdir. Etməniz lazım olan: Çobanyastığı çayını hazırlayın. Bir neçə pambığı bu infüzyonda isladın və gözlərinizin üzərinə yerləşdirin. Beş dəqiqədən sonra nəticəni görəcəksiniz.

Xiyarın faydaları: On dəqiqədə gözlərinizin altındakı torbacıqlardan qurtulmaq üçün etməniz gərəkən tək şey xiyarı qalın doğrayın. Soyuducuya qoyun, soyuduqdan sonra dilimləri gözlərinizin üzərinə yerləşdirin, 5 – 10 dəqiqə gözləyin. Həm cildiniz canlanacaq, həm də gözünüzün altındakı halqavari ləkələrdən də qurtulmuş olacaqsınız.

İnterpress.az