Bakıda ölən kamerunluların meyiti 3 ay sonra ölkələrinə göndərildibackend

Bakıda ölən kamerunluların meyiti 3 ay sonra ölkələrinə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, ölən 5 kamerunludan 4-nün cəsədi bu ilin yanvar ayının 2-dən Bakıda saxlanılırdı. Onlardan yalnız birinin valideyni hadisədən sonra Bakıya gələrək övladının nəşini Kameruna apara bilmişdi. Onlardan Njonyoh Nans Ekumun atası Bakıya gələrək övladının meyitini ölkəsinə aparmışdı.

Bir neçə gün əvvəl isə digər meyitlər də Kameruna yola salınıb.

Bu vaxta qədər meyitlərin Bakıda morqlardan birində saxlanmasının səbəbi isə ailələrin maddi imkansızlığı idi. Ailələr Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilirdi.

Əldə eydiyimiz məlumata görə, meyitlərin ölkələrinə yola salınması ailələrin müraciətləri əsasında baş tutub. Xərclərin kim tərəfindən qarşılanması isə dəqiq bilinmir.

Xatırladaq ki, Bakının Yasamal rayonunda mənzildə 5 Kamerun vətəndaşının meyiti tapılmışdı.

Hadisə bu il yanvarın 2-də baş vermişdi. Onlardan 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olub.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayon, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları gəlib. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

İnterpress.az