“Ermənistan gəncləri polis təqibindən qorxmur”backend

“Ermənistan gəncləri polis təqibindən qorxmur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan gəncləri polis təqibindən qorxmur”. Bunu bir meddət əvvəl İrəvanın Respublika meydanında Artur Sərkisyanın xatirəsinə həsr olunmuş mitinq zamanı aksiyanın fəallarından olan Şaqen Arutyunyan bəyan edib.

Bugünkü aksiya dünənkinə nisbətən sakit keçib. Ötən gün etirazçılar Abovyan küçəsi ilə Sayat Nova prospektinin kəsişməsində hərəkətin qarşısını kəsəndən sonra polis hərəkəkə keçərək zorla yolları açmışdı. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bundan sonra ciddi qarşıdurma baş verməyib. Aksiya iştirakçıları bu gün Ermənistan hökumətinin binası qarşısında toplaşaraq şüarlar səsləndiriblər. Bundan sonra onlar Azadlıq meydanına qayıdıblar. Ancaq elan olunub ki, martın 21-də növbəti aksiya keçiriləcək. Belə ki, sabah İdman-konsert kompleksindən başlayaraq Şaumyan məzarlığına qədər yürüş olacaq. Aksiya iştirakçıları A.Sərkisyanın xatirəsini əllərində yanan şamlar tutmaqla yad edəcəklər. Qeyd edək ki, hakimiyyət qiyamçı “çörəkdaşıyan”ın Şaumyan məzarlığında dəfninə izn verib və dəfn mərasimi 22 martda baş tutacaq. (musavat)

İnterpress.az