Devid Rokfeller kimdir?backend

Devid Rokfeller kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Rokfeller kim idi?\” sualına \”Ölkə.Az\”-ın bu yazısında cavab tapacaqsınız.

Rokfeller dünyanın ən varlı adamlarından biri idi və 101 yaşında dünyasını dəyişdi. Rokfeller məşhur bankir və sabiq ABŞ prezidentinin müşavirlərindən biri olub.
Rokfeller ABŞ-ın Nyu-York şəhərindəki evində yuxuda olarkən dünyasını dəyişib. Bu barədə ailənin mətbuat katibi Freyzer Saytel məlumat verib.

1915-ci ildə dünyaya gələn Devid 6 dəfə ürək, 3 böyrək, 2 dəfə isə ciyər transplantasiyası həyata keçirib. Rokfeller \”200-cü ad günü qeyd etmək istəyirəm\”-deyirdi.

Rokfeller ailəsi dünyanın iki ən güclü ailəsindən biridir. Devid 1915-ci ilin 12 iyun tarixində anadan olub. Onun babası Jon Rokfeller \”Standard Oil\” şirkətinin qurucusudur. Atası isə oğul Jon Rokfellerdir.

Devid Nyu-Yorkun \”Manhattan 45\” prospektində, Rokfellerlər malikanəsində dünyaya gəlib. Onun doğumu 48 saat qeyd edilib. Harvard Universitetinin məzunudur. \”London School of Economics\”-də təhsilini davam etdirib. Təhsili başa vurduqdan sonra uzun illər Rokfeller ailəsinin \”Chase Manhattan Bank\”-ında işləyib.

Rokfeller \”JP Morgan Chase\”-in ortaqlarından biri olub və dünyanın ən yaşlı milyarderi sayılırdı. \”Forbes\” jurnalına görə Rokfeller ailəsinin sərvəti 3.2 milyard dollardır. Amma ailə 5 trilyon dolları idarə edir. Nyu-York şəhərində yaşayan Rokfeller 6 uşaq atasıdır.

6-cı dəfə ürək nəqli həyata keçirən Rokfeller \”Hədəfim 200-cü ad günümü qeyd etməkdir\” demişdi.

Mütəxəssislər 80 yaşından sonra ürək transplantasiyasının riskli olduğunu bildirdiyində onun cavabı belə olmuşdu:

\”Amma familiyanız Rokfellerdirsə, 120 yaşda da bu əməliyyatı həyata keçirə bilərsiniz. Çünki tibb qanunları bu familiya üçün etibarlı deyil. Rokfeller familiyasının ömrü uzundur\”.

Devid Rokfeller \”Dünya imperiyası\” və \”Yeni dünya sistemi\” fikirləri ilə diqqətləri üzərinə çəkib və reaksiyalara səbəb olmuşdu.

Rokfeller Amerika vətəndaş müharibəsində əldə etdiyi gəlirlə varlanmış və \”Standard Oil Company\” şirkətinin qurucusu Con Rokfellerin böyük oğludur.

Devidin Ebbi, Jon D III, Nelson, Laurens və Vintrop adlı beş qardaşı var. 2008-ci ildə Harvard Universitetinə 100 milyon dollar bağışlayıb.

Devid Rokfeller 20 mart 2017-ci il tarixində xroniki ürək çatışmazlığından 101 yaşında dünyasını dəyişib.

İnterpress.az