Gürcüstana gedən azərbaycanlılara XƏBƏRDARLIQbackend

Gürcüstana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cebhe.info əməkdaşı Tiflisdən xəbər verir ki, hidrometroloqlar küləyin sürətinin saniyədə 25 metrədək çatdığına dair xəbərdarlıq ediblər.

Güclü külək Tiflisdə, Qoridə və Rustavidə evlərin damlarını uçurub, pəncərələri sındırıb, ağacları kökündən çıxararaq aşırıb. Buna görə də Azərbaycan və İrandan turistlərin çox olduğu bu günlərdə gecə saatlarında küçəyə çıxarkən ehtiyatlı olmağa dair xəbərdarlıq edilir. Hotel və qonaq evləri öz müştərilərinə güclü küləklə bağlı məlumatı çatdırır.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq xidmətlər gücləndirilmiş rejimdə işləyir.

İnterpress.az