Niderlandda terrorçu PKK tərəfdarlarının aksiyası keçirilibbackend

Niderlandda terrorçu PKK tərəfdarlarının aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Anadolu\” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, aksiya Haaqada baş tutub. Aksiya iştirakçıları əllərində PKK terrorçularının rəhbəri Abdulla Öcalanın portretlərini və terrorçuların simvolları olan bayraqları tutublar. İki yüzədək adamın iştirak etdiyi tədbirin təşkilatçıları aksiyanı Novruz bayramına aid etməklə aksiyanın əsl səbəblərini ört-basdır etməyə çalışıblar.

PKK tərəfdarları Türkiyədə aprelin 16-da Konstitusiya üzrə referendumda dəyişikliklər paketinə qarşı çağırışlar səsləndiriblər. Tədbirin təşkilatçıları Belçikanın paytaxtı Brüsseldə, Avropa İttifaqının əsas qurumlarının yerləşdiyi yerdə analoji aksiya keçirməyə çağırıblar.

İnterpress.az