“Siz hansı İslamdan dəlil gətirirsiniz?”backend

“Siz hansı İslamdan dəlil gətirirsiniz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Siz hansı İslamdan dəlil gətirirsiniz? Dəlil gətirdiyiniz İslamda ancaq qatillik və cahillik var. Əgər sülh dinindən danışırsınızsa, o zaman xalqın İslamın prinsiplərinə qarşı olmayan bir adətinə qarşı bu qədər aqressiv davranmazdınız ki… Szilər din üçün nəyi uydurmusunuzsa, bəziləri də Novruz üçün onu uydurub. Mən Novruzda fala baxmaq adəti görməmişəm, böyüklərin gedib harasa papaq atdığını da görməmişəm, bunu kiçik uşaqlar əylənmək üçün edir,üstəlik xalqın bütün folklorunu da ələ salaraq mənasız bir şeyə çevirməyi özünüzə məqbul sayırsınız. Əvvəllər tramvaylarda kanduktorlar olurdu, bunlar adamların biletlərini yoxlayırdılar, sanki sizlər də İslamın kanduktorlarısınız, insanların biletlərinin İslama uyğun olub-olmamasını yoxlayırsınız. Konkret Qurandan dəlil gətirin ki, oradakı haramlardan hansı Novruzda var? Novruz iki hissədən ibarətdir: Yazın gəlişi ilə müşayət olunan təbiətin canlanmasını rituallarla qeyd etmək və İnsanların bir-birini ziyarət edib yoluxması. Başqa detallar da, o cümlədən odun üzərindən tullanmaq ibadət deyil, sədəcə əyləncədir. Sizin hansısa İslama zidd saydığınız heykəllərin qoyulduğu parklarda, küçələrdə gəzişməyiniz də əyləncədir, ibadət deyildir ki… Cavab yazmanıza gərək yoxdur, uydurulmuş dininizi yaşamağa davam edin, sadəcə insanları bu yanlış anlayışlarınızla narahat etməyin!\”

Fazil Mustafa, millət vəkili
İnterpress.az