Şvartseneqqer reytinqi aşağı düşən Trampı ələ salıb- VİDEObackend

Şvartseneqqer reytinqi aşağı düşən Trampı ələ salıb- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aktyor bununla bağlı videoyazını çərşənbə axşamı \”Twitter\” mikrobloquna yerləşdirib. \”Donald, reytinqi açıqladılar və siz uğursuzluğa düçar oldunuz. Pis deyil!\” – deyə aktyor bildirib. O, ABŞ-ın Tramp administrasiyası tərəfindən hazırlanan və bir sıra sosial proqramlar, o cümlədən məktəblilərin və aztəminatlı ailələrin pulsuz qidalanması üzrə xərclərin azaldılmasını nəzərdə tutan büdcə layihəsinə diqqət yönəldib. \”Bu şəkildə Amerikanı yenidən böyük edə bilməzsiz\”, – deyə Şvartseneqqer əlavə edib.

Aktyor Trampa ritorik sual ünvanlayıb: \”Sizə məsləhətləri kim verir?\” Keçmiş qubernator, həmçinin prezidentə Amerika paytaxtında ümumtəhsil məktəbinə birgə getməyi və sosial xərclərin azaldılmasının şagirdlərə nə dərəcədə mənfi təsir göstərəcəyinə əmin olmağı təklif edib.

İnterpress.az