Şəmkirdə ikimərtəbəli ev, Mingəçevirdə inzibati bina yanıbbackend

Şəmkirdə ikimərtəbəli ev, Mingəçevirdə inzibati bina yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m² olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində isə ümumi sahəsi 640 m² olan birmərtəbəli 15 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az