Telman İsmayılovun oğlu da müflis elan edilirbackend

Telman İsmayılovun oğlu da müflis elan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Virtualaz.org-ın məlumatına görə məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.

Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur \”Praqa” restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu \”şişib”.

Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun \”Həqiqət anı” müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını \”su qiymətinə” dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır.

İnterpress.az