Fransa Daxili İşlər naziri istefa verdibackend

Fransa Daxili İşlər naziri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Brüno Le Ru 14 və 16 yaşlı iki övladına parlamentdə məsləhətçi kimi iş verdiyi üçün millət vəkillərinin narazıçılığı ilə qarşılaşıb. Məlumata görə, nazir bayram günləri və həftə sonları işlətdiyi qızlarına ümumilikdə 55 min avro əməkhaqqı ödəyib.

Nazir ətrafında yaranmış siyasi qalmaqal səbəbi ilə bu gün Parisdə təşkil edilən mətbuat konfransında Fransa prezidenti Fransua Ollanda istefa ərizəsini təqdim etdiyini açıqlayıb.

Qeyd edək ki, Brüno Le Ru nazir postunda cəmi 3 ay və 15 gün ərzində qala bilib.

İnterpress.az