İraqda nadir arxeoloji tapıntı – 9 məzarbackend

İraqda nadir arxeoloji tapıntı – 9 məzar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərbil Arxeologiya Komitəsində işləyən Goran Məhəmməd açıqlamasında öz ərazisində inşaat işləri həyata keçirən şəxsin tarixi əsərləri tapdığını bildirib. O, bir qübbə içərisində 9 məzarın tapıldığını qeyd edib:

\”Bu vaxta qədər məzarlardakı 3 tabutu açdıq və böyük qismi saxsı qablardan ibarət 15 parçanı çıxardıq. Komandamız tapılan parçalar və məzar üzərində araşdırmalar apardı. Təxmin edirik ki, məzarlar Assuriya dövrünə aid olub, 3000- 3500 illik bir tarixə sahibdir\”.

Məhəmməd sözügedən ərazidə qazıntı işlərinin davam etdiyini, başqa məzarların da tapılma ehtimalının olduğunu bildirib.

İnterpress.az