İslam ölkəsi işğalçı prezidentə qucaq açdıbackend

İslam ölkəsi işğalçı prezidentə qucaq açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, səfər işgüzar məqsədi daşıyır. Paytaxta Əbu-Dabi hava limanında Sərkisyanı BƏƏ-nin baş nazirinin müavini, prezident məsələləri üzrə naziri Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, təntənəli qarşılanma mərasimindən sonra S.Sərkisyan Şeyx Mənsur ibn Zaydəl-Nahayyanla söhbət edib. Erməni prezident Ermənistan-Birləşmiş Ərəb Əmirlikləri investisiya forumunun təşkilatçılığına və aldığı dəvətə görə təşəkkür edib, həmçinin bundan sonrakı əməkdaşlıq imkanları haqda müzakirələr olub. Sərkisyan daha sonra BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mənsurla görüşüb.

Xatırladaq ki, BƏƏ-nin də qatıldığı İslam Konfransı Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırmını pisləyən qətnamələr qəbul edib.

İnterpress.az