”Məhəmməd Peyğəmbər yəhudilərin düşməni olmayıb…” – VİDEObackend

”Məhəmməd Peyğəmbər yəhudilərin düşməni olmayıb…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müsəlman və yəhudi tayfaları arasındakı münaqişə bəzi iudey nümayəndələrinin aralarındakı razılaşmanı kobudcasına pozması nəticəsində baş qaldırıb…”

İnterpress.az xəbər verir ki, bu gerçəyi İsrailin “İTONTV” kanalına müsahibəsində yəhudi ravvin, hüquq elmləri doktoru Mixail Finkel söyləyib.

Məhəmməd Peyğəmbərin(s) zamanında iudey və müsəlmanların münasibətindən danışan yəhudi ruhani İslam Peyğəmbərinin(s) Mədinə konstitusiyasının yəhudilərə verdiyi din azadlığından da bəhs edib. M.Finkel müsəlman və yəhudilərin vahid düşmənə qarşı birgə müqavimət göstərmək üçün əməkdaşlıq barədə müqavilə imzaladıqlarını da vurğulayıb.

Ravvin Məhəmməd əleyhissəlamın Allahın Rəsulu, Quranın isə Allahın nazil etdiyi Kitab olduğunu təsdiqləyərək İslam Peyğəmbərinin(s) heç zaman yəhudilərin düşməni olmadığını və onlarla düşmənçiliyə çağırmadığını bildirir. İudey ruhani hesab edir ki, müsəlman və yəhudilər arasındakı münaqişə bəzi iudey nümayəndələrinin Məhəmməd Peyğəmbərin(s) bağlatdığı razılaşmanın şərtlərini pozmasından qaynaqlanır…

İnterpress.az