Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırırbackend

Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Xatırladaq ki, martın 10-dan \”Ukrtransnafta\” Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və \”Azeri Light\”ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton \”Azeri Light\” neft növünün nəqlini nəzərdə tutur.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan neftinin nəqli \”Ukrtransnafta\”ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir:

\”Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq\”.

Qeyd edək ki, Kremençuq NEZ 2016-cı ilin dekabrından \”Azeri Light\” neftini emal edir. Buna qədər isə neft zavoda dəmiryol nəqliyyatı ilə göndərilirdi.

2016-cı ildə Azərbaycan 31,1 milyon tondan çox yüngül neft hasil edib. 2015-ci ildə bu göstərici 31,3 milyon ton olub.

\”Azeri Light\” neft növü Azərbaycanın \”Azəri-Çıraq-Günəşli\” neft yataqları blokunda hasil olunur.

İnterpress.az