“BBC “Brexit”ə qərəzli yanaşdığına görə cərimə oluna bilər”backend

“BBC “Brexit”ə qərəzli yanaşdığına görə cərimə oluna bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Birləşmiş Krallığın keçmiş mədəniyyət naziri, hakim Mühafizəkarlar Partiyasından olan deputat Con Uittinqdeyl bildirib.

O, BBC-yə xəbərdarlıq edib: \”Məndə belə təəsurat yaranır ki, BBC daim neqativ axtarır və əsasən \”Brexit\”lə bağlı yaranan problemləri vurğulayır\”.

\”The Daily Telegraph\” qazetinin yazdığına görə, C.Uittinqdeyl deyib ki, krallığın Aİ-dan çıxmasının çətinliklərindən və risklərindən, eyni zamanda müsbət tərəflərindən danışan insanlara efirdə ayrılan vaxtı müqayisəli şəkildə analiz etdikdə BBC-nin prosesə mənfi yanaşdığı öz təsdiqini tapır.

O xəbərdarlıq edərək bildirib ki, korporasiya hadisələri mənfi tərəfdən işıqlandırmağı davam edərsə deputatlar Böyük Britaniyada Telekommunikasiya və Mətbuatın fəaliyyətini tənzimləyən \”Ofcom\” qurumuna şikayət edəcəklər.

Qeyd edək ki, \”Ofcom\” hansısa mətbuat orqanına sanksiya tətbiq etməklə yanaşı, məcburi ölçülər götürə bilər, o cümlədən, efir yayımına əlavələrin edilməsi və 250 min funt sterlinq (310 min ABŞ dolları) məbləğinə qədər cərimə kəsə bilər.

İnterpress.az