Azərbaycanlı deputat həbs olundubackend

Azərbaycanlı deputat həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az virtualaz.org-a istinadən xəbər verir ki, “Rodina” (“Vətən”) partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat – virtualaz.org) məbləğində rüşvət almaqda ittiham edilir.

Yerli “Exo Severa” (“Şimalın əks-sədası”) qəzeti yazır ki, söhbət sahibkar Ərəstun Məcidovdan gedir. O, vaxtilə yerli istintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb və vəkillik də edib.

Dünən keçirilmiş məhkəmə iclasında Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat – virtualaz.org) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməyib.

İnterpress.az