“Tramp NATO-nun sammitində iştirak edəcək” –Ağ Evbackend

“Tramp NATO-nun sammitində iştirak edəcək” –Ağ Ev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.

Bundan əvvəl aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

İnterpress.az