Ermənistana aparılan “İqla” zenit-raket qurğusu ələ keçirildi – VİDEObackend

Ermənistana aparılan “İqla” zenit-raket qurğusu ələ keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın milli təhlükəsizlik xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” zenit raket qurğusunun keçirilməsinin qarşısnı alıb. Xidmətin mətbuat xidmətinin məlumatına görə, operativ əməliyyat-axtarış tədbirləri nəticəsində quraşdırma qurğusu və “9M39” raketi aşkarlanıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb və iki Ermənistan vətəndaşı saxlanılıb. Qanunsuz silah dövriyəsində digər şəxslərin iştirakı araşdırılır.

Hər halda seçkiyə on gün qalmış ölkəyə silah, özü də zenit-raket qurğusunun gətirilməsi maraqlı məsələdir.

Qeyd edək ki, bundan əvvəl avtomat silahdan açılan atəş nəticəsində bir neçə nəfər xəstəxanalıq olub.

İnterpress.azhttps://youtube.com/watch?v=JooLSZT1ACQ