Quba-Xaçmaz yolunda ağır yol qəzasıbackend

Quba-Xaçmaz yolunda ağır yol qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində \”VAZ-21099\” markalı, \”17-BC-902\” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.

Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır. ( report.az )

Quba-Xaçmaz yolunda ağır yol qəzası

Quba-Xaçmaz yolunda ağır yol qəzası

İnterpress.az