Deputat hər kəsi açılışa dəvət etdibackend

Deputat hər kəsi açılışa dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kikboksinq üzrə Kadetlər və Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.

Bu barədə Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev bildirib. O, eyni zamanda hər kəsi turnirin açılışına və yarışları izləməyə dəvət edib:

\”Dəyərli dostlar, xüsusilə də tətilə getməyən vətənpərvər və idmansevər dostlarım. Sizləri Kikboksinq üzrə Kadetlər və Yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasiminə dəvət edirəm. Gəlişinizlə bütün Kikboksçuları sevindirərsiniz. Bu minvalla həm də bayramlaşmış olarıq\”.

Qeyd edək ki, turnir 23-26 mart 2017-ci il tarixləri arasında Əl Oyunları Sarayında keçiriləcək. Rəsmi açılış 24 mart saat 14:00-da nəzərdə tutulub.

Deputat hər kəsi açılışa dəvət etdi

İnterpress.az