Ələt-Astara yolundakı zəncirvari qəzanın təfərrüatları… – VİDEObackend

Ələt-Astara yolundakı zəncirvari qəzanın təfərrüatları… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzaya uğramış 90-KL-404 dövlət nömrə nişanlı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Qasımov Əbülfəz Şahin oğlunun virtualaz.org saytının Şirvan bürosuna bildirdiyinə görə, hadisə yolun Şirvan kanalına yaxın hissəsində, saat 12:55 radələrində baş verib.

Belə ki, sakit yolda gedərkən qəfildən 5 dəqiqəyə yaxın çəkən şiddətli dolu yağmağa başlayıb. Dolu dənələri yolu “buz meydançası”na çevirdiyindən və mikroavtobusu əyləci basaraq dayandırmaq mümkün olmadığından sürücü ayağını qazın pedalından çəkərək ətalətlə hərəkətə davam etdiyi zaman onun avtomaşınını arxadan “Mercedes Vito” markalı mikroavtobus vurub.

“Mercedes Vito”nu isə arxadan ağ rəngli cip vurubmuş. Yolda sürüşən cip sonra daha bir “Mercedes” markalı minik maşınına çırpılıb və hadisə yerindən qaçaraq uzaqlaşıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanıb. (virtualaz.org)

İnterpress.az