Şəmkirdə 78 yaşlı qadın döyülübbackend

Şəmkirdə 78 yaşlı qadın döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,\”Report\”un Qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında, Şəmkir şəhərində baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Məmmədova Zəhra Əli qızı məlum olmayan səbəbdən tanıdığı şəxslə mübahisə edib. Bu zaman həmin şəxs tərəfindən döyülüb.

Yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaşlı qadına dərhal tibbi yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az