İsrail polisi yaşlı fələstinlini amansızcasına döyür – VİDEObackend

İsrail polisi yaşlı fələstinlini amansızcasına döyür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Moderator.az xarici mediaya istinadla xəbər verir ki, olay Şərqi(ərəb) Qüdsdə baş verib.

Polisin yük avtomobilinin sürücüsünü döyməsinə səbəb guya onun maşını düzgün park etməməsi olub. Təqdim edilən videodan göründüyü kimi, İsrail polisi əvvəlcə alnı ilə atası yaşında kişinin sifətinə vurur, sonra isə əlləri ilə başına güclü zərbələr endirir. Ancaq asayiş keşikçisi(?) bununla kifayətlənməyərək dizləri ilə ağrıdan bükülmüş fələstinlinin qarnına və peysərinə də vurur. Ardınca isə yaşlı kişini söyür.

Sonra hadisə yerinə iki fələstinli yaxınlaşır. Yəqin ki, onlar İsrail polisindən sürücünü rahat buraxmasını xahiş edirlər. Lakin polis yumruqlarıyla onların da üzərinə hücum çəkir.

Görünür, İsrail güc əməkdaşı özünün cəzasız qalacağından arxayın olaraq belə qanunsuz hərəkətlər edir. Xəbər verilir ki, internet şəbəkələrində yayılmış biabırçı görüntülərdən sonra İsrail hüquq-mühafizə orqanları olayı araşdırmağa məcbur olublar. Hazırda həmin polis əməkdaşının vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

İnterpress.azhttps://youtube.com/watch?v=TnrjfJrJZ-4