Bu gün Moskvada şuşalı Heydər Camal anılacaq…backend

Bu gün Moskvada şuşalı Heydər Camal anılacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, gecəni Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aparacaq. Tədbirdə azərbaycanlı filosofun dostları və tanışları onun haqqında xatirələrini söyləyəcək, şeirlərini oxuyacaq, onun metafizik konsepsiyalarını müzakirə edəcəklər.

Kitabxananın saytında dərc edilmiş təqdimatda deyilir:

”Heydər Camal teologiya, fəlsəfə və aktual siyasətə dair 6 kitabın və yüzlərlə məqalənin müəllifidir. Hazırda onun sağlığında işıq üzü görməmiş bir sıra əsərləri nəşrə hazırlanır…”

Xatırladaq ki, Qarabağın məşhur Sarıcalılar nəslindən olan Heydər Camalın atası tanınmış rəssam Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.

Heydər Camal isə 1947-ci ildə Moskvada anadan olub. O, hələ uşaq ikən ailəsi yenidən Şuşaya – ata yurduna köçür. Lakin burada çox qalmayaraq yenidən Moskvaya dönürlər. H.Camal yalnız islamşünaslıqla deyil, alpinizmlə də məşğul olan qeyri-adi və çox istedadlı bir insan kimi tanınıb. Bəziləri onun dini-siyasi baxışlarının ziddiyyətli olduğunu bildirirlər. O, dəfələrlə Azərbaycanın Qarabağ məsələsindəki mövqeyini müdafiə edib. 1993-cü il dən Rusiya İslam Komitəsinin sədri olan H.Camal 2016-cı il dekabrın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. (moderator)

İnterpress.az