Gürcü nazir İrəvana cavab verdibackend

Gürcü nazir İrəvana cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görı, bununla bağlı nazir Georgiy Mqebrişvili açıqlama verib. Ancaq gürcü nazir erməni rəsmilərinin iddialarının təsdiqləməyib.

Georgiy Mqebrişvili ile ilgili görsel sonucu

“Hələlik “İqla” zenit-raket kompleksinin tranzit ölkə kimi Gürcüstandan Ermənistana keçirildiyini təsdiqləmək olmaz. Araşdırmalar gedir, detallar öyrənilir. Biz erməni həmkarlarımızla əlaqədəyik və araşdırmaların gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq”-nazir jurnalistlərə deyib.

Ermənistan rəsmilərinin iddialarına rəğmən gürcü nazir silah qaçaqmalçılığı prosesində Gürcüstanın iştirakı ilə bağlı ortada dəlillərin olmadığını deyib. “Silahın Gürcüstan vasitəsilə Ermənistana keçirildiyini dəqiq demək çətindir. Onlar belə deyə bilər, ancaq biz araşdırmaları davam etdiririk”,-nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik xidməti 22 martda “İqla” zenit-raket kompleksinin Gürcüstandan keçirilərkən aşkarlandığını, 2 nəfərin hadisə yerində saxlandığını, sifarişçi Qarabağ separatçılarının sabiq “müdafiə naziri” Samvel Babayanın isə bir neçə saat sonra həbs edildiyini açıqlayıb.(musavat)

İnterpress.az