Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldubackend

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radonjic-i əvəzləyib.

İnterpress.az \”Fins.az\”a istinadən verdiyi xəbərə görə, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.

Qeyd edək ki, K. Məmmədovun «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik iş təcrübəsi var.

İnterpress.az