“Rusiya Ukraynada müharibə üsullarını sınaqdan keçirir”backend

“Rusiya Ukraynada müharibə üsullarını sınaqdan keçirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir ilginc iddianı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Kertis Skaporotti ABŞ Senatının hərbi komitəsindəki dinləmələrdə çıxışı zamanı irəli sürüb.

General həmçinin Ukraynaya yeni silahların verilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, ukraynalılar Rusiya ilə ağır mübarizə aparır. NATO generalı ukraynalıları həmçinin “intizamlı döyüşçülər” adlandırıb.

“Onlar separatçı deyilən qüvvələrlə mübarizə aparırlar. Əslində isə bunlar Rusiyanın Ukraynadakı əlaltılarıdır. Rusiya onları ölümsaçan silahlarla təchiz edir, habelə orada bəzi yeni müharibə üsullarını təcrübədən çıxarır. Biz Ukrayna Silahlı Qüvvələrini bacardıqca gücləndirməliyik”, – deyə general Senata çağırış edib.

“Şadam ki, siz bizim Ukraynadakı dostlarımıza ölümcül silahların verilməsinidəstəkləyirsiniz”. Bunu isə dinləmələr zamanı respublikaçı-senator Con Ernest NATO ali baş komandanının fikirlərinə münasibət bildirərkən deyib. “Belə görünür, biz hamımız bununla razılaşırıq. Mən bu barədə administrasiyaya dəqiq şəkildə bildirmişəm və ümid edirəm ki, administrasiya kömək məsələsini tezliklə həll edəcək. Neçə vaxtdır ki, mən Rusiya tərəfinin Ukraynaya məxsus artilleriya qurğularının yerini müəyyən eləmək, habelə ukraynalıların naviqasiyanı əngəlləmək üçün taktiki dronlardan və texnologiyalardan istifadə etməsini böyük narahatlıqla izləyirəm” – senator söyləyib.

“Biz bu xüsusda Ukraynaya xəbərdaredici sistemlər verməliyik ki, onlar bütün bunlara, rus əlaltılarınınetdiklərinə qarşı duruş göstərsinlər” – NATO generalı bu qəbildən narahatlıqlarla bağlı sualı cavablandırarkən deyib. ( musavat.com )

İnterpress.az