Putin Fransa prezidentliyinə namizədlə görüşdübackend

Putin Fransa prezidentliyinə namizədlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüş Kremldə baş tutub. Bu barədə Kremlin rəsmi internet səhifəsində məlumat yayımlanıb. Putin bildirib ki, Rusiya Fransa ilə münasibətlərinə böyük önəm verir.

Putin deyib: \”Biz Fransa ilə münasibətlərimizə çox böyük önəm veririk. Bununla yanaşı mövcud hakimiyyətin və müxalifət nümayəndələrinin liderləri ilə bərabər münasibət saxlamağa çalışırıq\”.

Mart ayının 24-ü Marin Le Pen Moskvaya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin iclasına təşrif buyurub. Le Pen Rusiya parlamentinin alt palatasının spikeri Vyaçeslav Volodinlə Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi məsələsini müzakirə edib.

İnterpress.az