DİM abituriyentlərdən üzr istədibackend

DİM abituriyentlərdən üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, serverdə yaranan problemə görə, istifadəçilərin çoxu imtahan giriş edə bilməyib.

DİM isə abituriyentlərdən üzr istəyərək imtahan qeydiyyatını uzadacağını açıqlayıb:

\”25.03.2017-ci il tarixdə saat 09:00-da olan sınaq imtahanında bir qrup istifadəçi server yükləndiyindən imtahana daxil ola bilməmişdir. Bununla bağlı üzr istəyirik. Pulsuz sınaq imtahanlarının müddəti 31 martadək uzadılacaq və hər bir istifadəçi pulsuz sınaq imtahanında iştirak edə biləcək.\”

Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

İnterpress.az