Baba Vəziroğlu: “Günahkaram…”backend

Baba Vəziroğlu: “Günahkaram…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şairin Yeniçağ.Az-da dərc olunan yazıya münasibəti belə olub:

“Əziz dostum və görkəmli bəstəkarımız Tahir Əkbər. Düz sözə nə deyəsən, günahkaram. Sən ismi unudulmağa layiq insan və bəstəkar deyilsən. Bu dəfəlik bağışla, incimə, bir də belə olmaz. İnşallah”.

Qeyd edək ki, bəstəkar Tahir Əkbər şair Baba Vəziroğlunun efirdə onun adını çəkməməsindən gileylənərək ona narazılığını bildirib: “Bu yaxınlarda bir veriliş vardı, orda yalnız iki bəstəkarın yazıb-yaratmağından danışdı, amma mənim adımı çəkmədi. Baba, niyə məni inkar edirsən? Axı sən mənim yaradıcılıq gecəmdə ucadan “bravo” söyləyən adamsan, indi nooldu mən yaddan çıxdım?”

İnterpress.az