Altsheymerdən necə qorunaq?backend

Altsheymerdən necə qorunaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, elmi tədqiqatlar musiqinin duyğuları, o duyğuların da xatirələri canlandırdığını və xəstələrin yaddaşını yenilədiyi sübut edilib.

Altsheymer xəstəliyi yaş artdıqca inkişaf edir. 75-80 yaşlarında isə daha çox rast gəlinir.

Nevrologiya mütəxəssisi Prof. Dr. Yaşar Kütükçü qədimdən məlum olan mahnıların xəstələrdə keçmiş xatirələri yada salmağa kömək etdiyini deyib və bildirib ki, yaddaşını itirən xəstələr üçün musiqi çox yaxşı bir üsuldur. “Musiqi alətlərində ifa etməyi bilən xəstələrdə, xüsusilə bunu etmək çox faydalı ola bilər. Hətta hərəkət funksiyaları kifayət qədər olan xəstələrdə musiqinin ritminə uyğun rəqslər xəstələrdə toxunma duyğularının, inam hissinin artması və xatirələrin canlanmasında yaxşı üsuldur”.

MUSİQİ YUXU POZĞUNLUĞUNU MÜALİCƏ EDİR

Musiqinin sakitləşdirici effekti də vardır. O qorxu, təcavüz, yuxu pozuntularını, hətta beyin və fiziki funksiyaları korreksiya edici təsirə malikdir.

Mütəxəssis unutqanlığa səbəb olan amilləri sadalayıb:

Damar sərtliyinə səbəb olan yüksək təzyiq və xolesterin, şəkər, siqaretdən istifadə unutqanlığa səbəb olur. Pis vərdişlərdən uzaq durun.
Nizamlı məşq edin. Xüsusilə nizamlı yürüş edənlərdə unutqanlıq riski azdır.
İctimai münasibətlərdə fəal olun. Bu həmçinin stress, depressiya narahatlıq kimi digər risk faktorlarının azaldılması üçün də əhəmiyyətlidir.
Nizamlı və balanslı qidalanın.
Stressdən uzaq durun.
Zövq alacağınız işləri görün. Varsa, xobbinizlə məşğul olun.
Nizamlı yatın.

Yaddaşı İnkişaf Etdirmək Üçün Bunları Edin

Tapmaca, krassvord həll edin.
“Scrabble” kimi strategiya tələb edən oyunlardan oynamaq.
Bol miqdarda qəzet, jurnal oxuyun, sevdiyiniz kitabları mütaliə edin.
Musiqi alətində ifa edin.
Xarici dil öyrənmək kimi yeni xobbilərlə məşğul olun.

UNUTQANLIQLA MÜBARİZƏ APARIN:

Gündəlik görəcəyiniz işləri, planlarınızı, görüşlərinizi qeydə alın.
Alış-verişə çıxarkən siyahı tutun.
Vacib olan telefon nömrələrini bir yerə yazın.
Bir şeyi necə edəcəksiniz, sırayla yazıb bir yerə yapışdırın.
Əşyaları (açar, eynək) eyni yerə qoymağa diqqət edin.
Görüşləriniz üçün xatırlatma qurun.
Biri ilə danışarkən diqqətinizi ona verin.
Mümkünsə asta danışın.

İnterpress.az