Levon Ter-Petrosyanın blokundan nazirə “istefa” tələbi…backend

Levon Ter-Petrosyanın blokundan nazirə “istefa” tələbi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, seçki blokunun bununla yaydığı bəyanatda ölkənin təhsil müəssisələrinin bu və ya digər formada 2 apreldə keçiriləcək seçkilərin saxtalaşdırılması prosesində iştirak etdiyi, qanunla yasaq edilən tədbirlərin keçirildiyi, materialların yayıldığı qeyd olunub. Bildirilir ki, ölkənin ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunur, hakim Respublikaçılar partiyasının qalib olması üçün administrativ rıçaqlardan istifadə edilir. Məktəb direktorları, müəllimlər, valideynlərdən bu məqsədlər üçün istifadəni qanunsuz sayan bəyanat müəllifləri bildirib ki, hakimiyyətin təkzibinə baxmayaraq, administrativ resurslardan istifadə olunmaqla bu sektorda çalışanların siyahıya alınması faktdır. “Bu, qanun pozuntusudur, baxmayaraq ki, hakimiyyət bunu təxribat hesab edir”-sənəddə qeyd olunur.

Blok məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsini, həmçinin elm və təhsil naziri Levon Mkrtçyanın istefaya göndərilməsini tələb edir.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq.

İnterpress.az