Millimiz Almaniyaya məğlub oldu – VİDEObackend

Millimiz Almaniyaya məğlub oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirib və 4:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, almanlar 5 oyunun 5-cisində də meydanı qələbə ilə tərk ediblər.

Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə geriləyib.

Azərbaycan – Almaniya – 1:4

Qol: Andre Şürrle, 19 (0:1), Dmitri Nazarov, 31 (1:1), Tomas Müller, 35 (1:2), Mario Qomes, 45 (1:3), Şürrle, 80 (1:4)


İnterpress.az