Abbas Abbasovun oğlu Turan ideyasından yazdıbackend

Abbas Abbasovun oğlu Turan ideyasından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov özünün facebook hesabında maraqlı status paylaşıb.

İnterpress.az xəbər verir ki, Musavat.com A.Abbasovun Turan birliyindən, türk dünyasının birləşə bilməməsi səbəblərindən, türk xalqlarının üzləşdiyi hazırkı vəziyyətdən bəhs edən həmin statusunu təqdim edir:

Oğuz Türklərinin qolundan gələn, böyük dövlətlər yaradan, Səfəvi və Osmanlı kimi dünyaya hökm edən nəsillərinin böyük və şərəfli şah ve sultanı bir-birinə qəst edib müharibə elan etməsəydi, əksinə dünyayı bərabər idarə etməyə qərar versəydilər bu gün röyalarda olan Turan birliyi gerçək olardımı?

Hər gün qan, etimadsızlıq, xarici dövlətlərin ikili standart oyunları, qeyri-səmimi münasibətləri və çirkin oyunları bizə qarşı istifadə oluna bilərdimi?

Səlimlə İsmayıl ,Teymur ve Bəyazıd Allah Rəhmət eləsin sizə , nəyi bölə bilmədiniz?

Bu dünya onsuz da sizin adlarınız gələn məkanlarda titrəyirdi , kim girdi sizin aranıza?

Ah saf Türküm, təbii ki, hər bir mərdin yanında mütləq bir namərd olur…

Allah bizim dövleti və bütun Türk dilli dövlətlərimizi qorusun, bu halda dünya millətləri hüzur və əminamanlıq tapar.

Xatırladaq ki, Aydın Abbasovun Türkiyədə ictimai təşkilat qurduğu, fəallaşdığı barədə mediada xəbərlər dolaşır. Ola bilsin ki, onun son vaxtlar dini və milli yönümdə paylaşdığı statuslar, qeydlər ictimai fəaliyyətinə yönəlmiş bir PR kampaniyasıdır.

Abbas Abbasovun oğlu Turan ideyasından yazdı

Abbas Abbasovun oğlu Turan ideyasından yazdı

İnterpress.az