Rusiyadakı aksiyalarda həbs olunanların sayı 1000 nəfəri ötübbackend

Rusiyadakı aksiyalarda həbs olunanların sayı 1000 nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar 51 müxtəlif polis bölməsinə aparılıblar. Bütün saxlanılanlar “kütləvi tədbirin iştirakçıları tərəfindən yığıncağın keçirilməsi üçün müəyyən edilmiş qaydaların pozulması” maddəsiylə rəsmiləşdiriliblər. Bu maddə ilə maksimal cəza 20 min rubl (təxminən 500 AZN) məbləğində cərimədir.

Reuters agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti korrupsiya əleyhinə aksiya iştirakçılarının saxlanılmasını pisləyib.

Xatırladaq ki, korrupsiya əleyhinə aksiya martın 26-da Rusiyanın bir neçə şəhərində keçirilib. Mitinq Korrupsiya ilə mübarizə fondunun ölkənin Baş naziri Dmitri Medvedevlə bağlı məqalə dərc etməsindən sonra təşkil edilib.

İnterpress.az