Merkelin partiyası ştat seçkilərində qələbə çalıbbackend

Merkelin partiyası ştat seçkilərində qələbə çalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bazar günü seçki nəticələri sentyabr ayında ümummilli seçkilərdə Merkeli məğlubiyyətə uğrada biləcəyinə ümid edən mərkəz-solçu partiya üçün xoş xəbər deyil.

Saarland ştatında keçirilmiş səsvermənin ilkin nəticələri Merkelin Xristian Demokratik birliyinin səslərin 40 faizi ilə irəlidə getdiyini göstərir. İlkin nəticələrə əsasən, mərkəz solçu Sosial Demokrat Partiyası (SDP) isə səslərin 30 faizini toplaya bilib.

SDP sentyabr ayında Merkelin opponenti olaraq Martin Şultsun namizədliyini irəli sürdükdən sonra ilk sınaqla qarşılaşır.

Son zamanlar partiyanın populyarlığının artdığı müşahidə edilir.

Angela Merkelin dördüncü müddətə Almaniya kansleri seçilməyə çalışacağı gözlənilir. (amerikanın səsi)

İnterpress.az