Yoxa çıxan eşşəklər dönərxanalardadır? – Rəsmibackend

Yoxa çıxan eşşəklər dönərxanalardadır? – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərində, ictimaiyyət arasında bu məsələ xeyli maraq doğurub. İnsanların bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, eşşəklərin yoxa çıxmasının səbəbi onun ətinin dönərxanalarda istifadə edilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.

5000 eşşəyin yoxa çıxmasının səbəbləri ilə maraqlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev saytımıza açıqlamasında bildirib ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır: \”Bu, o deməkdir ki, 5000 yeni eşşək doğulmayıb ki, artım olsun. Bütün canılılar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxırlar. Bundan əlavə, insanlar eşşəklərin yeni nəslinin doğulub törəyib artmasında maraqlı deyillər. Məsələn, qoyunçuluqda hamı cəhd edir ki, bir ildə heç olmasa bir, yaxud iki quzu alsın. Maldarlıqda çalışırıq ki, hər inəkdən bir buzov alaq. Ancaq təkdırnaqlı heyvanlarda atlarda və eşşəklərdə elə bir stimulverici motiv yoxdur. Ona görə də təbii ki, eşşəklər ehtiyaca uyğun olaraq azalır.

Üçüncüsü, eşşəklər, atlar, qatırlar nəqliyyat vasitəsi kimi istifadə olunur. Ancaq kiçik həcmli, müxtəlif növlü nəqliyyat vasitələri meydana çıxdıqca onlara ehtiyac azalır. Ona görə də insanlar yeni nəslin törəyib artmasında maraqlı deyillər\”.

Şöbə müdiri yoxa çıxan eşşək ətindən dönərxanalarda istifadə olunması məsələsinə də cavab verib. O, vətəndaşlardan xahiş edib ki, əgər kimsə eşşək ətindən dönərxanalarda istifadə olunduğunu bilirsə, Dövlət Baytralıq Nəzarəti Xidmətinə müraciət etsin. Onlar da mütəxəssis səviyyəsində bunu araşdırsın: \”Elə-belə kənardan, fakt, sübut olmadan bunu demək düzgün deyil. Bir məsələdə kimsə subyektiv fikrini deyirsə, bu, o demək deyil ki, faktlara söykənir. Ancaq kimdəsə elə fakt varsa, müraciət etsin və araşdırılsın\”.

Sayt Dövlət Baytarlıq Nəzarəti Xidmətindən də məsələyə münasibət öyrənib. Xidmətin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinməyib.

İnterpress.az