Mitinqlər zamanı Medvedev xizək sürübbackend

Mitinqlər zamanı Medvedev xizək sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, mitinqlərin keçirilməsinə səbəb Medvedevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən araşdırmalar olub.

İnstagramda @ispiridonoff adlı istifadəçi ona sual verib: \”Salam! Gününüz necədir?\”

\”Pis deyil, xizək sürdüm\”, deyə hökumət başçısı cavab verib.

Bu sual baş nazirin son paylaşdığı fotonun altında yazılıb.

\”Bahar bayramınız mübarək, əziz qadınlar! Xoşbəxtlik və sevgi!\” cümləsi yazılmış zanbaq fotosu 8 mart günü paylaşılıb.
@ispiridonoff adlı istifadəçinin hesabında Permdə korrupsiya əleyhinə mitinqdən foto paylaşılıb.

Bazar günü ölkədə müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilmiş mitinqlər korrupsiyaya qarşı mübarizə şüarı altında keçirilib.

Etirazlara səbəb Navalnı fondunun Medvedevlə bağlı daşınmaz əmlak obyektlərinin olduğunu iddia edən araşdırmaları olub.

Aktivlər arasında evlər və malikanələr, İtaliya Toskanında üzüm bağları və ofşor şirkətə məxsus yaxta olduğu deyilir.
Rusiya baş nazirinin sözçüsü bu məlumata şərh verməyib.

Bundan əvvəl Medvedev Navalnını İnstagramda bloklayıb.

İnterpress.az