Şahzadəyə sui-qəsd təşkil edildibackend

Şahzadəyə sui-qəsd təşkil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ingilislərin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, şahzadənin şəxsi helikopteri pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub.
Polis hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başladıb.
Hadisə zamanı yerdən təxminən 600 metr yüksəklikdə olan vertolyotla pilotsuz uçuş aparatının qarşı-qarşıya gəldiyi olayda pilotun peşəkarlığı qəzanın qarşısını alıb.
Vertolyot dəhşətli qəzadan yarım dəqiqəlik fərqlə xilas olub.
Şahzadə Uilyam vertolyotda olmasa da, yaşananların şahzadəyə qarşı bir sui-qəsd cəhdi ola biləcəyi ehtimal olunur. Mütəxəssislər pilotsuz uçuş aparatının yüksək partladıcı gücə malik olduğunu və belə bir qəzada bütün ekipajın həlak olacağını bildiriblər.

İnterpress.az