Qəhvəli bezebackend

Qəhvəli beze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
5 ədəd yumurta ağı
200 qr şəkər kirşanı
20-30 qr qovrulmuş fındıq
20 qr qovrulmuş badam
100 qr üyüdülmüş qəhvə
10 qr vanil
Bir çimdik duz

Hazırlanması:
Yumurta ağı sarısından ayrılır.
Yumurta ağının üzərinə duz və tədricən şəkər kirşanı əlavə edilərək köpüklənənə qədər mikserlə çırpılır.
Qarışığa vanil, badam və fındıq ləpəsi əlavə olunub ehmallıca qaşıqla qarışdırılır.
Kütlə üyüdülmüş qəhvəyə batırılır.
Mətbəx torbasına doldurulub yağlı kağız salınmış formaya sıxılır.
Beze 100 dərəcəyədək qızdırılmış sobada 1,5 saat qurudulur.
Hazır bezenin üzərinə şəkər kirşanı səpilib servis edilir.

Qəhvəli beze

İnterpress.az