“İslahatlar məcburiyyətdən doğacaq”backend

“İslahatlar məcburiyyətdən doğacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, hökumətdəki heç bir qrup və ya təbəqədə islahat meyli özünü hiss etdirmir. Sadəcə olaraq, nə edəcəklərsə bundan sonra edəcəklər və bu da məcburiyyətdən doğacaq”.

İnterpress.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, yol xəritəsinin qəbulu və s. kimi addımlar da məcburiyyətdən irəli gəldiyi üçün qəbul edilib:

“Əgər hökumət islahat həyata keçirmək istəsəydi, bunu böhrandan öncə edərdi. Böhran hökuməti məcbur edib ki, yol xəritəsi qəbul etsin, digər addımar atsın. Bunların hamısı böhranın fəsadlarıdır. Böhran olmasaydı, bunlar olmayacaqdı”.

İnterpress.az