Azərbaycanda kişi məşuqəsini baltaladıbackend

Azərbaycanda kişi məşuqəsini baltaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün Xaçmazın Şimali kəndində baş vermiş baltalanma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisəni törədən 38 yaşlı Samir Qaçıyev bir müddət əvvəl Gülnaz Ələkbərovanın qızını qaçırıb və üç gündən sonra geri qaytarıbmış. Gülnaz Ələkbərova bu gün səhər saatlarında Samirin yaşadığı evə gələrək onunla mübahisə edib. İndi polis və prokurorluq əməkdaşları 47 yaşlı Gülnaz Ələkbərovanın Samir Qaçıyevlə münaqişəsinin əsl səbəblərini araşdırır. Onların şəxsi yaxınlıqlarının olub-olmadığı da bu araşdırmalar nəticəsində məlum olacaq. Artıq Xaçmaz polisi özündən 10 yaş böyük qadına balta zərbələri endirmiş Samir Qaçıyevi saxlayıb. (moderator.az)

Faktla bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılıb.

İnterpress.az