Bakıda bina yandıbackend

Bakıda bina yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 m2 olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə və 2 otağının qapısı yanıb. Yüksək temperaturdan 16 m2 sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az