“Qarabağın həlli ilə bağlı 3 hissəli plan var”backend

“Qarabağın həlli ilə bağlı 3 hissəli plan var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Diplomatın sozlərinə görə, bu bəyanatlar təkcə sözdə qalmalı və əsla hərəkətlərə çevrilməməlidir. Münaqişənin həlli ilə bağlı danışıqlar masasında bir sıra planların olduğunu deyən Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.

“Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Hazırda bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir. Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”.

İnterpress.az