Xalq artistindən aktyora sərt cavabbackend

Xalq artistindən aktyora sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Mənsum İbrahimov aktyor Əli Nurun Xalq artisti Əlibaba Məmmədovun ünvanına dediyi ittihama aydınlıq gətirərkən deyib. Mənsum İbrahimov aktyor Əli Nurla razılaşmadığını və Əlibaba Məmmədovun muğam sənətinin ağsaqqalı olduğunu qeyd edib: “Əlibaba müəllim muğamı gözəl bilir. 100-dən çox mahnıları var. Əlibaba müəllim gənclərə ağsaqqal kimi tövsiyyəsini verir. Lazım olan vaxtlarda əlbəttə ki, iştirakçılara öz tövsiyyəsini də bildirəcək, iradınıda. Əlibaba müəllim deyir ki, müraciət etdiyiniz muğamı düz ifa edin. Qışqırmır, başqa mənada demir. Onun iştirakçılarla nə qərəzliyi var? Həmin iştirakçıları müsabiqəyə kim seçib? Əlbəttə ki, bizlərlə yanaşı, Əlibaba müəllim.”

Mənsum İbrahimov qeyd edib ki, hər bir münsif kimi Əlibaba Məmmədovun da iştirakçılar haqında öz fikiri var: “Əli Nur bizim gözəl aktyorumuzdur, mənim ona böyük hörmətim var. Bunu nəyə görə yazıb, onu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, Əlibaba müəllim müsabiqədə iştirakçılara qarşı heç vaxt qərəzli hərəkət etməyib.”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu paxıllıqda ittiham edib. Aktyor Əlibaba Məmmədovun dəfələrlə tamaşaçıların və münsiflər heyətinin yüksək bal verdikləri muğam iştirakçılarının ballarının qəsdən və arqumentsiz kəsdiyini deyib.

İnterpress.az